Danimarka "Bluetooth" qulaqlıqlardan istifadəni dayandırır

Dünya

19.01.2026 19:45

Danimarka Xarici Kəşfiyyat Xidməti ABŞ-nin Qrenlandiyaya iddiaları ilə bağlı artan gərginlik fonunda gizli dinləmə təhlükəsi səbəbindən bir neçə dövlət qurumuna xidmət zamanı "Bluetooth" qulaqlıq və "AirPods" istifadəsini dayandırmağı tövsiyə edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Ingenioren" qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, kəşfiyyat orqanları "Bluetooth" cihazlarından istifadə zamanı məlumatların ələ keçirilə biləcəyi riskinə diqqət çəkib. Qeyd olunur ki, mütəxəssislər uzun müddətdir bu texnologiyanın zəif cəhətləri barədə xəbərdarlıq edirlər.

Bu tövsiyələr bütün Danimarka polis məmurlarına göndərilib.

Xatırladaq ki, 5 yanvar 2026-cı ildə ABŞ Prezidenti Donald Tramp ABŞ-nin milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiyaya nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Danirmarka,Qrenlandiya,Polis,ABŞ,Todaypress.tv,