Çoxuşaqlı ailələrə ŞAD XƏBƏR - Dövlət maşın hədiyyə edir!
Dünya
06.05.2026 16:35
Türkiyənin Ordu əyalətinin Kumru rayonunda əhalinin azalmasının qarşısını almaq məqsədilə yeni sosial təşviq proqramı elan edilib.
TodayPress TV xəbər verir ki, Kumru bələdiyyəsinin rəhbərliyi tərəfindən hazırlanan və bələdiyyə şurasında təsdiqlənən proqram çərçivəsində böyük ailələr üçün müxtəlif dəstək tədbirləri nəzərdə tutulur.
Plana əsasən, 10 uşağı olan ailələrə yeni avtomobil verilməsi, 8 uşağı olan ailələr üçün isə bələdiyyədə iş imkanı yaradılması planlaşdırılır. Bundan əlavə, üçüncü ildən etibarən hər uşaq üçün 50 min türk lirəsi məbləğində əlavə dəstək ödənişi də nəzərdə tutulub.
Təşəbbüsün məqsədi bölgədə azalan əhali artımını stimullaşdırmaq və ailələri daha çox uşaq sahibi olmağa təşviq etməkdir.
Türkan İsgəndərli
tag: Ailə,Uşaq,Maşın,Dövlət,Todaypress.tv,
