Çində yaşayış kompleksində yanğın - 14 nəfər öldü
Çinin Şansi əyalətinin Taiyuan şəhərindəki yaşayış kompleksində baş verən güclü yanğın nəticəsində 14 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə Çinin "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın noyabrın 8-də yerli vaxtla saat 16:59-da (Bakı vaxtı ilə saat 12:59) Yinsze rayonunda qeydə alınıb.
Hadisənin təfərrüatları hələ dəqiqləşdirilməyib.