Çində bir neçə yüksək rütbəli generalın parlament mandatı ləğv edildi

Dünya

27.12.2025 17:40

Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXNK) Daimi Komitəsi Çin Xalq Respublikası Mərkəzi Hərbi Komissiyasının keçmiş sədr müavini He Veydonq və daha dörd yüksək rütbəli generalın parlament mandatlarına xitam verib.

TodayPress TV xəbər verir ki, qərar qanunverici orqanın sessiyasının yekun iclasında təsdiqlənib.

Mandatı ləğv edilənlər arasında Mərkəzi Hərbi Komissiyanın və təhlükəsizlik strukturlarının keçmiş rəhbər vəzifəli şəxsləri də var. Rəsmi sənədlərdə bütün hallarda “ləğv edildi” ifadəsindən istifadə olunub ki, bu da Çin siyasi praktikasında adətən intizam araşdırması və ya cinayət təqibinin başlanmasına işarə edir.

Bundan əlavə, ÜXNK Daimi Komitəsi bir sıra mülki dövlət qulluqçularının, o cümlədən keçmiş Yançjou şəhər partiya katibi Şie Zengyinin də mandatının ləğv olunduğunu təsdiqləyib. Hazırda 14-cü çağırış ÜXNK-nin ümumi üzv sayı 2900 nəfərdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Çin,Parlament,Mandat,Xitam,Todaypress.tv,