Çin neft nəhənglərini nə gözləyir? - Tramp qərarını açıqlayacaq

Dünya

15.05.2026 22:28

ABŞ Prezidenti Donald Tramp İrandan xammal alan Çin neft şirkətlərinə qarşı tətbiq olunan sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə o, Pekində Çin lideri Si Cinpin ilə görüşü zamanı müzakirə edib.

ABŞ lideri qeyd edib ki, yaxın vaxtlarda bu barədə öz qəti qərarını açıqlamağı planlaşdırır.

"Yaxın bir neçə gün ərzində qərarımı verəcəyəm", - deyə Tramp "Air Force One" təyyarəsinin göyərtəsində jurnalistlərə bəyan edib.

Qeyd edək ki, İran sanksiyaları məsələsi Trampın Pekinə səfəri ərəfəsində əlavə gərginlik nöqtəsinə çevrilmişdi. Çünki Çin hakimiyyəti daha əvvəl öz şirkətlərinə ABŞ-nin məhdudiyyətlərinə məhəl qoymamaq barədə göstəriş vermişdi.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Tramp,Çin,Sanksiya,TodayPress TV,