Çin ABŞ müdafiə şirkətlərinə sanksiyalar tətbiq etdi

Dünya

26.12.2025 14:24

Çin hakimiyyəti Tayvana silah satışı ilə bağlı 20 Amerika müdafiə şirkətinə sanksiyalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Verilən açıqlamaya görə, qərar 26 dekabrda qüvvəyə minir. Yeni sanksiyalar 20 təşkilata və 10 rəhbərə şamil edilir.

Çin agentliyi sanksiyalardan təsirlənəcək şirkətləri sadalayıb:

"Northrop Grumman Systems Corporation", "L3Harris Maritime Services", "Boeing in St. Louis", "Gibbs & Cox", "Advanced Acoustic Concepts", "VSE Corporation", "Sierra Technical Services", "Red Cat Holdings", "Teal Drones", "ReconCraft", "High Point Aerotechnologies", "Epirus", "Dedrone Holdings", "Area-I", "Blue Force Technologies", "Dive Technologies", "Vantor", "Intelligent Epitaxy Technology", "Rhombus Power Inc.", "Lazarus Enterprises". 

Aysel Mətləb

TodayPress TV

tag: Çin,ABŞ,Sanksiya,Şirkət,Todaypress.tv,