Çexiya ABŞ-dən təbii qaz almağı planlaşdırır

Çexiya ABŞ-dən təbii qaz almağı planlaşdırır
12.03.2026 23:20 Dünya

Çexiya ABŞ-dən 1,5 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) almağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə “HN” xəbər portalı hazırda ABŞ-də olan Çexiya Baş nazirinin birinci müavini Karel Havliçekə istinadən məlumat yayıb. 

Portalın məlumatına görə, müqavilə 15 ildən 20 ilə qədər müddətə bağlana bilər. Hesabatda göstərildiyi kimi, hazırlanan sənəd respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır. 

Bildirilib ki, hazırda ABŞ-də olan Baş nazirin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti müqavilənin bağlanması üçün şərtləri hazırlayır.  

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər