Brüsseldən Kremlə 6 milyardlıq cavab: Ukraynanın PUA donanması gücləndirilir
Dünya
14.05.2026 22:52
Avropa İttifaqı (Aİ) Ukraynanın pilotsuz aparat (PUA) donanmasının gücləndirilməsinə yönəlmiş genişmiqyaslı dəstək paketinin hazırlanmasını başa çatdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyanat verib.
Bildirilib ki, paketin dəyəri 6 milyard avro təşkil edəcək.
Fon der Lyayenin sözlərinə görə, vəsaitin ayrılması barədə qərar Rusiyanın müdaxiləsinin güclənməsi fonunda qəbul edilir. O, xüsusilə Ukrayna şəhərlərinə qarşı həyata keçirilən sonuncu kütləvi PUA hücumunu xatırladıb.
"Ötən gecə Rusiya Ukraynaya qarşı ən uzun və amansız PUA hücumlarından birinə başladı. Daha bir ölüm və dağıntı gecəsi", - deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.
O əlavə edib ki, Kreml diplomatik səylərə məhəl qoymadığı müddətcə, Aİ Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə və Rusiyanın iqtisadiyyatına təzyiq göstərməyə davam edəcək.
Aysel Mətləb
tag: Avropa İttifaqı,Ukrayna,Ursula fon der Lyayen,Rusiya,TodayPress TV,
