Britaniyalı polkovnik: “Tramp Putini dəstəkləyir”
Dünya
13.12.2025 14:45
“ABŞ Prezidenti Donald Tramp ardıcıl olaraq Rusiya Prezidenti Vladimir Putinin tərəfdarıdır və bu mövqeyi siyasətə gəldiyi vaxtdan dəyişməyib”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Britaniya ordusunun istefada olan polkovniki Qlen Qrant “YouTube”də yayımlanan “Silicon Curtain” kanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri Tramp ilk prezidentlik dövründə Helsinkidə Putinlə keçirdiyi görüşdən sonra da Rusiyaya dəstəyini davam etdirib.
Qrant bildirib ki, Trampın mövqeyinin tez-tez dəyişməsi ilə bağlı fikirlər doğru deyil:
“Siz deyirsiniz ki, o, daim mövqeyini dəyişir. Mən buna əmin deyiləm. Düşünürəm ki, Tramp siyasətə gəldiyi vaxtdan Putinin ardıcıl tərəfdarı olub”.
İstefada olan polkovnik əlavə edib ki, ABŞ liderinin zahirdə qeyri-ardıcıl görünən davranışı əslində Ukraynanı dəstəkləyən ictimai rəy və Konqresə edilən güzəştlərlə bağlıdır. Onun sözlərinə görə, Tramp zaman-zaman ondan gözlənilən addımları atıb ki, ictimai tənqidlərdən yayınsın, lakin sonra yenidən öz əsas kursuna qayıdıb.
Qiymət Mahir
tag: Britaniya,Qlen Qrant,tramp,Putin,Todaypress.tv,
