Britaniya yeni qaçqın proqramı hazırlayır – Minlərlə insan köçürüləcək
Böyük Britaniya ukraynalılar üçün tətbiq edilən yeni qaçqın qəbul sistemi hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Məlumata əsasən, proqram çərçivəsində silahlı münaqişə, aclıq, quraqlıq və təbii fəlakətlərdən əziyyət çəkən ölkələrdən olan qaçqınların yerli icmalar tərəfindən qəbul edilməsi nəzərdə tutulur. İlkin planlara görə, onilliyin sonunadək 10 min nəfərdən çox insanın yerləşdirilməsi mümkün ola bilər.
Yeni model Kanada təcrübəsinə bənzəyir və qəbul edilən şəxslərin sayı illik kvotalarla məhdudlaşdırılacaq. Britaniya vətəndaşları isə qaçqınlara bir il müddətində maddi və sosial dəstək göstərməyi öhdələrinə götürəcəklər.
Proqramın Ukrayna müharibəsindən sonra tətbiq edilən “Ukrayna üçün Evlər” təşəbbüsünə oxşar olduğu qeyd edilir.
Türkan İsgəndərli