"BMW"nin xalis mənfəəti 3% azaldı
"BMW Group" 2025-ci ildə xalis mənfəətinin cəmi 3% azaldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat şirkətin illik hesabatında yer alır.
Xalis mənfəət təxminən 7,5 milyard avro təşkil edib. Bir il əvvəl bu göstərici təxminən 220 milyon avro daha çox idi. Vergidən əvvəlki mənfəət isə 10 milyard avronu ötüb.
Şirkətin baş direktoru Oliver Zipse bildirib ki, son illərdə həyata keçirilən strategiya öz nəticəsini göstərir. Onun sözlərinə görə, çətin iqtisadi şəraitə baxmayaraq, şirkət seçdiyi inkişaf istiqamətinə sadiq qalaraq fəaliyyətini davam etdirir.
Bununla belə şirkət rəqibləri ilə müqayisədə daha yaxşı nəticə göstərib.
Türkan İsgəndərli