BMT qərargahı yaxınlığında kanalizasiyadan 3 nəfər çıxdı – Polis tədbirləri gücləndirdi

BMT qərargahı yaxınlığında kanalizasiyadan 3 nəfər çıxdı – Polis tədbirləri gücləndirdi
24.09.2026 16:17 Dünya

Nyu-York polisi BMT-nin qərargahı ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

TodayPress TV xəbər verir ki, “The New York Times”ın polisə istinadən yaydığı məlumata görə, sentyabrın 23-ü gecə Manhettendə BMT Baş Assambleyasının iştirakçılarının qaldığı otelin qarşısındakı kanalizasiya quyusundan üç naməlum şəxs çıxıb.

Onlar daha sonra iki avtomobilə minərək ərazidən uzaqlaşıblar.

Polis bildirib ki, son aylarda kanalizasiyaya daxil olaraq qiymətli əşyalar və metal qırıntıları axtaran şəxslərlə bağlı bir neçə oxşar hadisə qeydə alınıb. İlkin məlumata görə, bu hadisə də həmin hallara bənzəyir.

Bununla belə, BMT Baş Assambleyasının 81-ci sessiyası ilə əlaqədar polis və federal qüvvələr ərazidə əlavə təhlükəsizlik yoxlamaları aparmağa başlayıb.

"NBC News" hadisənin İsrail Baş naziri Binyamin Netanyahunun qalmasının planlaşdırıldığı otelin yaxınlığında baş verdiyini yazıb. Nəşrin məlumatına görə, hadisənin Netanyahu və ya BMT Baş Assambleyası ilə əlaqəli olduğuna dair məlumat yoxdur.

BMT Baş Assambleyasının 81-ci sessiyasının əsas ümumi siyasi müzakirələri sentyabrın 22-26-sı və 28-də keçirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər