Birini arxa qapıdan, digərini ön qapıdan qırmızı xalça ilə...
Dünya
14.05.2026 12:12
ABŞ Prezidenti Donald Trampın Pekinə rəsmi səfəri zamanı protokol qaydalarının qaldırılması və təmtərahlı qarşılanma mərasimi Barak Obamanın 2016-cı il Çin səfərində yaşanan hadisələri yenidən gündəmə gətirib.
TodayPress TV xəbər verir ki, diplomatik protokollarda kəskin fərq gözdən yayınmayıb.
Belə ki, 2016-cı ildə Obama G20 sammitində iştirak etmək üçün Çinin Hançjou şəhərinə eniş edərkən diqqətçəkən protokol insidenti yaşanmışdı. “Air Force One” üçün ənənəvi mobil trap təqdim edilmədiyi üçün Obama təyyarənin əsas ön çıxışı əvəzinə alternativ çıxışdan istifadə etmişdi. Hadisə həmin dövrdə beynəlxalq mediada geniş rezonans doğurmuşdu.
Aradan keçən illərdən sonra isə Trampın Çin səfəri ilə bağlı yayılan görüntülər yeni müqayisələrə səbəb olub. Sosial mediada paylaşılan kadrlarda qırmızı xalça, rəsmi qarşılama mərasimi və daha geniş protokol elementləri ön plana çıxarılıb. Bu görüntülər fonunda istifadəçilər Pekinin Vaşinqtonla münasibətlərində simvolik diplomatik mesajlar verdiyini iddia edirlər.
Beynəlxalq münasibətlər üzrə müşahidəçilər qeyd edirlər ki, dövlət başçılarının hava limanında qarşılanma forması vacib siyasi mesaj kimi də qəbul oluna bilər. Obama dövründə yaşanan “trap böhranı” hələ də ABŞ–Çin diplomatik münasibətlərində ən çox xatırlanan protokol hadisələrindən biri hesab olunur.
Jalə Rövşən
tag: Donald Tramp ,Barak Obama ,Çin,Qarşılanma ,Todaypress.tv,
ABŞ İran sahillərinə altıncı esminesi yerləşdirdi
30.01.2026
Son 48 saat ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı esminesi olan “USS Delbert D. Black” bölgəyə daxil olub.TodayP...
Qətər: İsrail humanitar yardımdan təzyiq kimi istifadə edir
25.05.2025
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrailin Qəzza zolağına humanitar yardı...
İspaniya İsraildəki səfirini geri çağırdı
11.03.2026
İspaniya Yaxın Şərqdəki münaqişə ilə əlaqədar İsraildəki səfirini geri çağırıb. TodayPress TV xəbər verir ki, bu barədə...
Ermənistanda növbəti parlament seçkilərinin tarixi açıqlandı
07.06.2025
Ermənistanda növbəti parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək. TodayPress TV xəbər verir ki, bu barədə Erməni...
“The Atlantic”: Tramp Putinlə görüşməyi planlaşdırır
22.05.2025
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə daha sıx əlaqələr qurmaq məqsədilə onunla görüşməyi planlaşdı...
Aİ ölkələri enerji şirkətlərinə əlavə vergi tətbiqini istəyir
04.04.2026
Aİ-nin beş ölkəsi enerji şirkətlərinin artıq mənfəətinə vergi tətbiqini təklif edib.TodayPress TV "Reuters"ə istina...
İran: Sanksiyalar Rusiya ilə əməkdaşlığa təsir etməyəcək
17.10.2025
İran və Rusiya BMT Təhlükəsizlik Şurasının yenidən tətbiq etdiyi sanksiyalara baxmayaraq, enerji sahəsində əməkdaşlığı d...
Britaniya Ukraynaya son 50 gündə verilən hərbi yardımın həcmini açıqladı
02.09.2025
Rəsmi London son 50 gün ərzində Ukraynaya 60 min mərmi və 2500 pilotsuz uçuş aparatı (PUA) təhvil verib.TodayPress TV xə...
Ərdoğan HƏMAS nümayəndə heyətini qəbul etdi
04.04.2026
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HƏMAS Siyasi Bürosunun nümayəndə heyətini qəbul edib.TodayPress TV xə...
Netanyahu Qəzzaya hücumu təsdiqlədi
16.09.2025
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatını məğlub etmək üçün Qəzza şəhərinə genişmiqyaslı hücumun başladığı...
