BƏƏ-dən rəsmi açıqlama: İrana qarşı əməliyyatda iştirak etməmişik

Dünya

15.05.2026 21:09

BƏƏ İrana qarşı keçirilən hərbi əməliyyat zamanı ölkənin ABŞ və İsrailə fəal dəstək verməsi barədə xəbərləri rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə Yaxın Şərq mediası BƏƏ Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

Nazirliyin rəhbəri Xəlifə Şahin Əl-Mərar İranın ittihamlarını qəti şəkildə rədd edib və "İranın BƏƏ-yə, eləcə də digər ölkələrə qarşı terror hücumlarına bəraət qazandırmaq məqsədi daşıyan cəhdləri" pisləyib.

Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı bəyan etmişdi ki, BƏƏ ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına birbaşa cəlb olunub.

Aysel Mətləb

TodayPress TV

tag: BƏƏ,İran,İsrail,ABŞ,TodayPress TV,