Köçəryanı son mənzilə köçürdürlər - Baş Prokurorluq həbs üçün icazə istədi

Köçəryanı son mənzilə köçürdürlər - Baş Prokurorluq həbs üçün icazə istədi
17.06.2026 10:02 Dünya

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasından (MSK) bəzi müxalif namizədlərə qarşı cinayət işinin açılması üçün icazə istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

“Baş Prokurorluq “Ermənistan” blokunun lideri, parlament seçkilərində namizəd Robert Köçəryan, parlament seçkilərində namizəd Asatur Köçəryan və Ruslan Barseqyana, eləcə də “Güclü Ermənistan” partiyasının parlament seçkilərində namizədi Davit Qazinyana qarşı cinayət işinin başlanmasına icazənin verilməsi üçün MSK-ya müraciət edib.

Məlumata görə, Robert Köçəryan məsələsində söhbət yeni cinayət işindən gedir. Amma Baş Prokurorluğun MSK-ya hansı əsaslarla müraciət etdiyi hələlik məlum deyil. MSK də ərizənin məzmununu açıqlamır”, - nəşr yazıb.

Mənbə xatırladıb ki, seçki kampaniyası zamanı Baş nazir Nikol Paşinyan dəfələrlə Robert Köçəryan, Qaqik Sarukyan və Samvel Karapetyanın məsuliyyətə cəlb edilməli olduğunu bildirib. Məlumata görə, müxalifətin nüfuzlu simalarına qarşı yeni məhkəmə prosesləri başlada bilər. Qeyd edilən şəxslər barəsində bu çərçivədə həbs qətimkan tədbirlərinin seçiləcəyi də istisna edilmir.

Xatırladaq ki, Ermənistan müxalifətinin liderləri - Robert Köçəryan, Samvel Karapetyan, Qaqik Sarukyan, Narek Karapetyan və digərlərinin ölkədən çıxışlarına qadağa qoyulub.

Jalə Rövşən 

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər