“Axios”: ABŞ sülh prosesinin gələcəyinə dair tam təsəvvür formalaşdırıb

Dünya

13.12.2025 16:15

ABŞ Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində sülh prosesi çərçivəsində gələcək barədə tam təsəvvür əldə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb. 

Bildirilib ki, amerikalı rəsminin sözlərinə görə, sülh, təhlükəsizlik zəmanətləri və bərpa ilə bağlı üç ayrı saziş bağlanacaq və son danışıqlar ilk dəfə olaraq ukraynalılara prosesin gələcəyi barədə tam mənzərə təqdim edib.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya NATO nizamnaməsinin beşinci maddəsi əsasında təhlükəsizlik zəmanətləri təqdim etməyə hazırdır. Mənbə vurğulayıb ki, Vaşinqtonun məqsədi Ukraynaya bir tərəfdən formal xarakter daşımayan, digər tərəfdən isə kifayət qədər etibarlı təhlükəsizlik təminatları verməkdir.

“Axios”un mənbəsinin sözlərinə görə, ABŞ bu zəmanətlərin real və işlək olmasına xüsusi önəm verir.

Qiymət Mahir

TodayPress TV

tag: ABŞ,Sülh,Müqavilə,Təminat,Todaypress.tv,