Avropada yeni epidemiya qorxusu: İsveçrə tədbirləri gücləndirdi

Dünya

16.05.2026 01:23

İsveçrə hakimiyyəti Avropanın bəzi bölgələrində vəhşi qaban populyasiyalarında qeydə alınan yoluxma ocaqları səbəbindən Afrika donuz taunu (ADT) virusunun ölkəyə yayılma riskinin yüksək olduğu barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Swissinfo" internet portalı məlumat yayıb.

Ölkənin Federal Qida Təhlükəsizliyi və Baytarlıq Ofisi bəyan edib ki, yoluxmuş vəhşi qabanların olduğu ərazilərdə xəstəliyin ev donuzlarına keçməsi "hər an mümkündür".

Qurum səyahətçiləri yoluxma qeydə alınan bölgələrdən İsveçrəyə donuz və ya vəhşi qaban əti gətirməməyə çağırıb, ovçulara isə sərhədi keçməzdən əvvəl geyimlərini, ayaqqabılarını, avadanlıqlarını və nəqliyyat vasitələrini yaxşıca təmizləyib dezinfeksiya etməyi tövsiyə edib.

Ofisin məlumatına görə, virus xarici mühitə son dərəcə davamlıdır və qanda, ət məhsullarında, eləcə də heyvan cəsədlərində uzun müddət yoluxucu xüsusiyyətini saxlaya bilir.

TodayPress TV

tag: Donuz,Taun,İsveçrə,Afrika,TodayPress TV,