Avropa Trampın BMT-yə yeni alternativ elan edəcəyindən narahatdır
Dünya
21.01.2026 14:32
Avropa ABŞ Prezidenti Donald Trampın Davosda keçiriləcək Dünya İqtisadi Forumundakı çıxışında BMT-yə alternativ yeni beynəlxalq qurum elan edə biləcəyindən ehtiyat edirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, keçiriləcək forum öncəsi Avropada gərginlik yüksəlib.
Söhbət Trampın Qəzza planı çərçivəsində gündəmə gətirdiyi Sülh Şurası strukturundan gedir. İlkin mərhələdə bu qurumun Qəzza sektorundakı vəziyyətə nəzarət etməsi nəzərdə tutulub. Lakin qurumun məqsədi “münaqişələrdən təsirlənən və ya münaqişə riski olan regionlarda sülhün təmin edilməsi” kimi təqdim olunub.
Məlumata görə, Tramp bu şuraya təkbaşına rəhbərlik etmək və hətta öz varisini müəyyənləşdirmək səlahiyyəti əldə edə bilər.
Avropada narahatlığı artıran əsas məqamlardan biri də dəvət olunan ölkələrin tərkibidir.
Aysel Mətləb
tag: Avropa ,ABŞ ,BMT,Davos,Todaypress.tv,
