Avropa liderləri “avtobus dayanacağındakı məktəblilər”ə bənzədildi
Dünya
12.12.2025 14:08
Britaniyanın “The Spectator” jurnalı Ukrayna Prezidenti Volodimir Zelenskini, Böyük Britaniyanın Baş naziri Kir Starmeri, Almaniya kansleri Fridrix Mertsi və Fransa Prezidenti Emmanuel Makronu siyasi qətiyyətsizlikdə ittiham edərək onları “avtobus dayanacağında duran məktəblilər”lə müqayisə edib.
TodayPress TV xəbər verir ki, nəşrin müəllifi Henri Donovan dekabrın 8-də Londonda keçirilən görüşdə Avropa liderlərinin Qərbin vahid mövqeyini nümayiş etdirmək istədiyini, lakin bunun əksinə olaraq zəif və inandırıcı olmayan görüntü yaratdıqlarını yazıb.
Müəllifin fikrincə, Avropa hərbi güc kimi çıxış etməyə çalışsa da, real addımlar atmır və təhlükəsizliyini hələ də ABŞ-yə həvalə edir.
Məqalədə vurğulanır ki, Avropa cəmiyyətləri hərbi çağırışa, ordunun genişləndirilməsinə və sənaye səfərbərliyinə hazır deyil. Donovan qeyd edir ki, real dəyişikliklər baş verməzsə, sammit fotolarında “generallar kimi danışan, amma müşahidəçi kimi davranan” liderlər görünməyə davam edəcək.
Qiymət Mahir
tag: Avropa,Liderlər,Məktəbli,Jurnal,Todaypress.tv,
