Atasının həbsi fonunda Avropa Parlamentində çıxışından imtina etdi

Atasının həbsi fonunda Avropa Parlamentində çıxışından imtina etdi
10.11.2026 01:50 Dünya

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl ABŞ-da atasının uşaq pornoqrafiyası saxlamaqda şübhəli bilinərək saxlanılmasından sonra Avropa Parlamentində çıxış etməkdən imtina edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, noyabrın 10-da Sasseks hersoqu Harri və hersoginyası Meqan Avropa Parlamentində uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinə həsr olunmuş birgə çıxış etməli idilər. Lakin Marklın hazırda ictimaiyyət qarşısında çıxış etmək üçün emosional baxımdan özünü kifayət qədər güclü hiss etmədiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Meqan Marklın atasının pedofiliya və uşaq pornoqrafiyası saxlamaqda ittihamlarla əlaqədar demensiyadan əziyyət çəkən insanlar üçün nəzərdə tutulmuş qocalar evinə köçdüyü barədə məlumat yayılmışdı. Hüquqşünaslar onun bu addımla istintaqa mane olmağa çalışdığından şübhələnirlər.

Bundan başqa, Sasseks hersoginyasının ögey qardaşı Tomas Markl kiçik də atasından sonra azyaşlıları yoldan çıxarmaqda şübhəli bilinib.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər