Arvadını öldürdü, iki yaşlı oğlunu vəhşi heyvanların arasına atdı - Tükürpərdən hadisə

Dünya

06.05.2026 20:00

Hindistan polisi Madhya-Pradeş ştatında qatil atası tərəfindən cəngəllikdə atılmış ikiyaşlı uşağı xilas edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Times of India" nəşri xəbər yayıb.

Bildirilir ki, uşağın axtarışlarına hüquq-mühafizə orqanları Vidişa dairəsinin 25 yaşlı sakinini saxladıqdan sonra başlayıblar. Həmin şəxs arvadını öldürərək qaçmağa cəhd edib. Dindirmə zamanı cinayətkar oğlu barədə məlumat verməsə də, polis uşağın varlığını qohumlarından öyrənib.

İstintaq zamanı məlum olub ki, hindistanlı kişi arvadının başına daşla vuraraq onu öldürüb, daha sonra uşağı motosikletlə cəngəlliyə aparıb. O, körpəni və nəqliyyat vasitəsini meşədə qoyaraq piyada qaçıb.

Polis əməkdaşlarının bildirdiyinə görə, ərazi vəhşi heyvanlarla doludur və orada hətta böyük insanın belə təkbaşına sağ qalması çox çətindir. Hakimiyyət orqanları uşağın cəngəlliyə atıldığından qaranlıq düşəndən sonra xəbər tutublar. Bu səbəbdən körpəni sağ tapmaq şansı minimal hesab olunub. Lakin ertəsi gün xilasedicilər uşağı tapmağa müvəffəq olublar. Polisin sözlərinə görə, azyaşlı xilas edilənə qədər təxminən 24 saat meşədə tək qalıb.

Tamamilə gücdən düşmüş uşaq dərhal xəstəxanaya çatdırılıb. Rayon polis rəisinin müavini hadisəni şərh edərək bildirib ki, körpənin sağ qalması əsl möcüzədir.

TodayPress TV

tag: Hindistan,Hadisə,Dünya,Faciə,Todaypress.tv,