Analitik: “NATO müharibə istəyir”
Dünya
12.12.2025 14:29
“NATO-nun baş katibi Mark Rüttenin Avropada müharibəyə hazırlıqla bağlı açıqlamaları alyansın hadisələrin bu istiqamətdə inkişafında maraqlı olduğundan xəbər verir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç sosial şəbəkə “X”də paylaşdığı açıqlamada səsləndirib.

O bildirib ki, macar mühafizəkarları bu təhlükəli ssenarini əvvəlcədən görüb və dəfələrlə xəbərdarlıq ediblər:
“Biz sizi bunun baş verəcəyi barədə xəbərdar etmişdik. Macarıstanlı konservatorlar bu dəliliyi öncədən sezmişdilər. Bilmirəm, sizə neçə dəfə deyilib ki, hərbi koalisiya müharibə istəyir”.
Koşkoviç müharibə istəyən qüvvələrin dayandırılmasına çağıraraq vurğulayıb ki, belə bir ssenarinin reallaşıb-reallaşmaması Avropa vətəndaşlarının mövqeyindən asılıdır.
Qiymət Mahir
tag: Zoltan Koşkoviç,NATO,Müharibə,Mark Rütte,Toiday,
