Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama
Almaniya regiondakı müharibəyə son qoymaq üçün İran və ABŞ arasında əldə olunmuş müvəqqəti razılaşmadan sonra Yaxın Şərqdə sülhün qorunub saxlanmasına kömək etməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts G7 sammitində çıxışı zamanı danışıb.
"Biz hər zaman öz üzərimizə düşən rolu oynamağa hazır olduğumuzu demişik. Hətta biz artıq regiona ilk mina təmizləyən qayıqları və ya gəmiləri göndərmişik", - deyə o bildirib.
Aysel Mətləb