70-dən çox general Rusiya sərhədinə gəldi - NƏ BAŞ VERİR?

70-dən çox general Rusiya sərhədinə gəldi - NƏ BAŞ VERİR?
31.10.2026 11:37 Dünya

Rusiyanın NATO ərazisinə mümkün hücumu ilə bağlı narahatlıqlar fonunda Almaniya və Niderlandın 70-dən çox generalı və yüksək rütbəli hərbçisi Rusiya sərhədləri yaxınlığındakı potensial hərbi təhlükə zonalarını yoxlayıb.

TodayPress TV xəbər verir ki,  “Die Welt” qəzetinin məlumatına görə, nümayəndə heyətinə Almaniya və Niderland quru qoşunlarının demək olar ki, bütün yüksək rütbəli rəhbərliyi daxil olub.


Bu həftə keçirilən və əsasən məxfi saxlanılan missiya Avropada görünməmiş hərbi yoxlamalardan biri kimi qiymətləndirilir.

Məlumata əsasən, Baltikyanı ölkələr Almaniya quru qoşunlarının əsas məsuliyyət istiqamətinə çevrilib. Böhran yaranacağı təqdirdə Almaniya hərbi qüvvələrinin Litva, Latviya və Estoniyaya qısa müddətdə və böyük sayda yerləşdirilməsi nəzərdə tutulur.

Hərbi planlaşdırıcılar Rusiyanın yaxın gələcəkdə Baltikyanı ölkələrdən birinə hücum edə biləcəyi ehtimalından narahatdırlar. Belə bir ssenari NATO-nun kollektiv müdafiə mexanizmini işə sala və Rusiya ilə alyans arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.

Bu hazırlıqlar Avropa hərbi rəhbərliyinin Ukraynadan kənarda da Rusiyadan qaynaqlanan təhlükələrə ciddi yanaşdığını göstərir. Almaniya qüvvələrinin sürətlə səfərbər edilərək NATO-nun şərq cinahına yerləşdirilməsi mümkün böhran zamanı mühüm əhəmiyyət daşıya bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər