Kreml qapıları bağladı: Paşinyanın səfir namizədi Moskvaya gedə bilmədi

Kreml qapıları bağladı: Paşinyanın səfir namizədi Moskvaya gedə bilmədi
01.11.2026 13:55 Dünya

Ermənistanın Rusiyadakı diplomatik nümayəndəliyinə yeni səfir təyin etmək cəhdi uğursuzluqla nəticələnib.

TodayPress TV-nin “Qraparak” nəşrinə istinadən məlumatına görə, Moskva Ermənistanın yeni səfirliyə namizədi Samvel Mkrtçyanın təyinatına razılıq verməyib.

Bildirilib ki, Mkrtçyan əvvəllər Ermənistanın Polşadakı səfiri və NATO yanında nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb. Onun Rusiyadakı hazırkı səfir Qurgen Arsenyanı əvəzləməsi nəzərdə tutulub.

Məlumata görə, Rusiya tərəfi Mkrtçyana aqreman verməkdən imtina edib. Buna səbəb kimi onun uzun illər Avropa paytaxtlarında diplomatik fəaliyyət göstərməsi və NATO ilə sıx əməkdaşlığı göstərilir.

Beləliklə, Ermənistan hökuməti qarşısında yeni namizəd seçmək və ya Qurgen Arsenyanın fəaliyyətini davam etdirməsinə qərar vermək məsələsi qalıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər