Tramp Maduro əməliyyatından əvvəl süni intellektlə məsləhətləşib
ABŞ Prezidenti Donald Trampın siyasi və hətta hərbi məsələlərlə bağlı qərarlar qəbul edərkən süni intellektlə məsləhətləşə biləcəyi bildirilir.
TodayPress TV “Politico” nəşrinin məlumatına görə, ABŞ Konqresindəki demokratlar Trampdan Grok, ChatGPT və Claude da daxil olmaqla, çat-botlarla yazışmalarını qoruyub saxlamasını tələb ediblər. Onlar prezidentin mühüm qərarlar qəbul edərkən süni intellektdən necə istifadə etdiyini araşdırmaq istəyirlər.
“Time” jurnalının məlumatına əsasən, Tramp 2025-ci ilin dekabrında Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsinə ölkə əhalisinin mümkün reaksiyası ilə bağlı bir neçə saat ərzində Grok çat-botuna suallar ünvanlayıb. Süni intellekt insanların bu xəbəri sevinclə qarşılayacağını ehtimal edib.
Bir neçə həftə sonra isə ABŞ Venesuelada hərbi əməliyyat keçirib.
Demokratlar prezidentin hərbi əməliyyatla bağlı çat-botdan məsləhət almış ola biləcəyini təhlükəli hesab edirlər. Onlar süni intellektin yanlış məlumat verməsi və məxfi informasiyaların sızması riskləri barədə də xəbərdarlıq edirlər.
Ağ Evdən isə bildirilib ki, bütün sənədlər qanunvericiliyə uyğun olaraq qorunub saxlanılır.
Kübra Musayeva