Dehlidə polis səfərbər edildi: Yüz minlərlə insan küçələrə çıxır
Hindistanın paytaxtı Dehlidə müxalifətin genişmiqyaslı etiraz aksiyası öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.
TodayPress TV xəbər verir ki, aksiya keçiriləcək əraziyə çoxsaylı polis əməkdaşları, qalxan və dəyənəklərlə təchiz olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də iğtişaşlara müdaxilə üçün xüsusi texnika cəlb edilib. Hakimiyyət orqanları mümkün nəqliyyat məhdudiyyətləri barədə xəbərdarlıq edib.
Təxminən 1,5 kilometr məsafəni əhatə edəcək yürüşə Hindistan Milli Konqres Partiyasının lideri Rahul Qandi rəhbərlik edəcək. Təşkilatçılar aksiyada yüz minlərlə insanın iştirak edəcəyini gözləyirlər.
Müxalifət Seçki Komissiyasının rəhbəri Kumarın istefasını tələb edir. Onlar seçici siyahılarının yenidən nəzərdən keçirilməsi prosesində edilən dəyişikliklərin Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hakim Hindistan Xalq Partiyasının (BJP) maraqlarına xidmət etdiyini iddia edirlər.
Kübra Musayeva