“Dünyada nə baş verirsə, günahkar ruslardır!” - Medvedev

“Dünyada nə baş verirsə, günahkar ruslardır!” - Medvedev
01.11.2026 15:22 Dünya

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşanın Baş naziri Donald Tuskun Rusiyaya qarşı ittihamlarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Medvedev sosial şəbəkə hesabında paylaşım edərək Rusiyanın müxtəlif hadisələrdə günahlandırılmasını istehzalı şəkildə şərh edib.

“Bu mantranı çox sevirəm! ABŞ-da seçkilər keçirilir? Günahkar ruslardır. İspaniyada miqrantlar? Yenə ruslar! Polşada konstitusion çevriliş? Əlbəttə, ruslar!

Təşəkkürlər! Bizi heç nə gücümüz qədər birləşdirə bilməz! Qalanını özünüz bilirsiniz... Biz irəliləyirik!” – deyə o yazıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər