Putin Zelenskiyə Moskvadan səsləndi: “Gəlsin!”
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan heç vaxt imtina etməyib.
TodayPress TV xəbər verir ki, o, jurnalistin Zelenskinin telefon zənginə Putinin cavab verib-verməyəcəyi ilə bağlı sualını cavablandırarkən belə deyib. Uşakovun sözlərinə görə, Ukrayna lideri zəng edərsə, Putin, şübhəsiz ki, cavab verəcək.
Rusiya Prezidentinin köməkçisi Zelenskini danışıqlar üçün Moskvaya gəlməyə dəvət edib.
“Zelenski müxtəlif kanallar vasitəsilə mesajlar göndərir. Əgər həqiqətən Putinlə danışmaq istəyirsə, qoy Moskvaya gəlsin”, – deyə Uşakov vurğulayıb.
Kübra Musayeva