Azərbaycanlı şahmatçı Almatıda ardıcıl ikinci qələbəsini qazandı

Azərbaycanlı şahmatçı Almatıda ardıcıl ikinci qələbəsini qazandı
01.11.2026 12:47 İdman

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Qazaxıstanın Almatı şəhərində keçirilən “KazChess Masters” beynəlxalq turnirində ardıcıl ikinci qələbəsini qazanıb.

TodayPress TV xəbər verir ki, yarışın altıncı turunda 2662 reytinq xalına malik qrossmeyster Qazaxıstan təmsilçisi Sauat Nurqaliyevi ağ fiqurlarla məğlub edib - 1:0.

Turnirə iki məğlubiyyətlə başlayan Muradlı sonrakı iki görüşdə heç-heçə etmişdi. Beşinci turda Alua Nurmanı məğlub edən şahmatçımız növbəti qarşılaşmada da qalib gələrək xal ehtiyatını üçə çatdırıb.

Altı turdan sonra Daniil Dubov, Denis Lazavik və Şəmsəddin Vahidov hərəyə dörd xalla liderlər qrupunda yer alırlar. Muradlı isə onlardan bir xal geri qalır.

Azərbaycan təmsilçisi noyabrın 1-də keçiriləcək 7-ci turda Ermənistan şahmatçısı Aram Akopyanla qarşılaşacaq. Muradlı bu partiyada qara fiqurlarla oynayacaq.

Qeyd edək ki, on şahmatçının dairəvi sistem üzrə mübarizə apardığı “KazChess Masters” turniri noyabrın 3-də başa çatacaq.

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər