Aİ-yə 691 layihə təqdim edildi
Dünya
11.12.2025 16:27
Aİ ölkələri "EU SAFE" adlı yeni müdafiə proqramı üçün maliyyələşmə təxminən 175 milyard ABŞ dolları (təqribən 150 milyard avro) dəyərində 691 layihə təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius bildirib.
Onun sözlərinə görə, layihələr artilleriya mərmilərindən raket sistemlərinə, piyada texnikası və silahlardan dronlara, hava hücumundan müdafiəyə, sualtı və yerüstü sistemlərə, hərbi aviasiyaya, peyk müdafiəsinə və süni intellektlə işləyən kibertəhlükəsizlik texnologiyalarına qədər geniş sahələri əhatə edir.
Avropa Komissiyası daha əvvəl açıqlamışdı ki, Aİ-yə üzv 27 ölkədən 19-u bu proqramda iştirak edir və onlardan 15-i bu çərçivədə Ukraynaya dəstək verən layihələr həyata keçirməyi planlaşdırır.
Türkan İsgəndərli
tag: Aİ,Layihə,Avropa Komissiyası,Müdafiə,Todaypress.tv,
