Aİ: Trampın yenilənmiş Ukrayna planı hələ də narahatlıq yaradır
Dünya
11.12.2025 16:13
Aİ Trampın Ukrayna ilə bağlı yenilənmiş planının hələ də narahatlıq yaratdığını düşünür.
TodayPress TV "CNN"ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın 20 bəndlik yeni sülh planında əvvəlki 28 bəndlik təklifin bəzi maddələri saxlanılıb və bunlar Kiyev üçün narahatlıq doğurur.
Avropa diplomatlarının sözlərinə görə, layihədə ukraynalıların və avropalıların qəbuledilməz hesab etdiyi elementlər qalmaqdadır.
Mənbələr bildirir ki, Rusiyanın işğal etdiyi bəzi ərazilərin ABŞ tərəfindən rəsmi tanınması ehtimalı xüsusi narahatlıq yaradır. CNN bunun ABŞ-nin uzunmüddətli siyasətində ciddi dəyişiklik ola biləcəyini qeyd edir.
“Zerkalo Nedeli”nin məlumatına görə, yenilənmiş plan Rusiyanın Krım, DXR və LXR üzərində nəzarətini möhkəmləndirməyə, Xerson və Zaporojye bölgələrində isə mövcud təmas xəttini qorumağa yönəlib.
Sülh planının dörd sənəddən ibarət olduğu bildirilir: 20 bəndlik əsas saziş, Ukrayna üçün təhlükəsizlik təminatları, ABŞ-nin Ukraynanın NATO ilə bağlı öhdəlikləri və ayrı bir ABŞ–Rusiya sazişi.
Jalə Rövşən
tag: Ukrayna ,Donald Tramp,Sülh planı ,Aİ,Todaypress.tv,
