Aİ sammiti öncəsi Ukrayna planı: Meloni yeni nümayəndə irəli sürməyə hazırlaşır

Aİ sammiti öncəsi Ukrayna planı: Meloni yeni nümayəndə irəli sürməyə hazırlaşır
17.06.2026 22:00 Dünya
İtaliyanın Baş naziri Ciorcia Meloni Avropa İttifaqının (Aİ) qarşıdan gələn sammitində Ukrayna münaqişəsi üzrə Aİ danışıqçısına namizəd təklif etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, Meloni bu barədə Fransada keçirilən "G7" sammitinin yekunlarına dair bəyanatında bildirib.

Onun sözlərinə görə, "Böyük Yeddilik" ölkələri liderlərinin görüşü zamanı onlar Ukrayna məsələsi üzrə ABŞ Prezidenti Donald Trampla razılığa gəliblər.

"Düşünürəm ki, böyük Avropa ölkələrindən birindən olan bir şəxsi təklif etmək çox çətin olardı. Bu, razılaşmanın əldə olunmasını çətinləşdirəcək, buna görə də mən Avropa İttifaqının orta güclü ölkələrinə müraciət edərdim", - Meloni bildirib.

Qeyd edək ki, Aİ sammitinin 18-19 iyun tarixlərində keçirilməsi planlaşdırılır.

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər