Aİ Rusiya diplomatları ilə ünsiyyət üçün xüsusi təlimat yaydı

Dünya

13.12.2025 14:00

Avropa İttifaqının Xarici Əlaqələr Xidməti Cenevrədə BMT yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndəliklərinə Rusiya diplomatları ilə ünsiyyətə dair xüsusi təlimatlar göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” diplomatik mənbəyə istinadla məlumat yayıb. 

Bildirilib ki, tövsiyələr əvvəlcə Avropa İttifaqının BMT-dəki Cenevrə nümayəndəliyinə göndərilib, daha sonra isə digər diplomatik missiyalara ötürülüb. Sənəddə Rusiya diplomatları ilə necə davranmaq və ünsiyyət qurmaq barədə konkret göstərişlər yer alıb.

Təlimatlarda xüsusilə Rusiya diplomatlarının iştirak etdiyi tədbirlərdən yayınmaq tövsiyə olunur. Əgər belə tədbirdə iştirak qaçılmazdırsa, Moskva nümayəndələri ilə birlikdə kameralar qarşısında görünməmək məsləhət görülür.

Qiymət Mahir

TodayPress TV

tag: Aİ,Rusiya,Diplomat,Təlimat,Todaypress.tv,