ABŞ Zelenskinin referendum açıqlamasını irəliləyiş kimi qiymətləndirdi

Dünya

13.12.2025 13:15

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi məsələləri ilə bağlı referendumun mümkünlüyünə dair açıqlamasını müsbət addım kimi dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” portalı adının açıqlanmasını istəməyən amerikalı rəsmi mənbəyə istinadla məlumat yayıb. 

Mənbə bildirib ki, Vaşinqton bu bəyanatı irəliləyiş kimi qəbul edir. 

Qeyd edək ki, dekabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski Donbas üzərində nəzarət məsələsi ilə bağlı referendumun keçirilə biləcəyini istisna etməyib və regionun taleyinin ölkə xalqı tərəfindən həll edilməli olduğunu vurğulayıb. Məlumata görə, ABŞ demilitarizasiya olunmuş “azad iqtisadi zona”nın yaradılmasını təklif edib.

Qiymət Mahir

TodayPress TV

tag: ABŞ,Ukrayna,Zelenski,Referendum,Todaypress.tv,