ABŞ və İran bu məsələdə razılığa gələ bilərlər

ABŞ və İran bu məsələdə razılığa gələ bilərlər
10.11.2026 04:53 Dünya

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması ilə bağlı ilkin razılığa gələ bilərlər.

TodayPress TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Vaşinqton İranın uranı 3,67 faizədək zənginləşdirməsinə razılıq verib, Tehran da bu təklifi qəbul edib. Bununla yanaşı, ABŞ İrandan 60 faizədək zənginləşdirilmiş uranın səviyyəsinin azaldılmasını tələb edir.

Telekanalın mənbələri bildiriblər ki, tərəflər mümkün razılaşmanın həyata keçirilməsi üçün üçüncü ölkənin prosesə cəlb olunmasını da müzakirə edirlər.

TodayPress TV

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər