ABŞ “Tomahawk” raketini sınaqdan keçirdi
Dünya
06.05.2026 15:23
ABŞ ordusu Filippində keçirilən “Balikatan” birgə hərbi təlimləri zamanı ilk dəfə “Tomahawk” qanadlı raketini real döyüş atışı ilə sınaqdan keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Defense News" məlumat yayıb.
Məlumata görə, ABŞ Pasifikdəki 1-ci "Multi-Domain Task Force" bölməsi Filippin ordusu ilə birlikdə yeni “Typhon” (orta mənzilli) buraxılış sistemindən raket atışı həyata keçirib. Bu, həmin sistemdən Filippində ilk canlı atış kimi qeydə alınıb.
Atış 5 may 2026-cı ildə Leyte adasındakı Takloban hava limanından edilib. Raket təxminən 600 kilometr məsafə qət edərək hədəfi dəqiq vurub.
Qeyd edək ki, “Typhon” sistemi həm “Tomahawk”, həm də “SM-6” raketlərini buraxa bilir. 2024-cü ildə Filippinə yerləşdirilən sistem regionda Çinlə artan gərginlik fonunda strateji addım kimi qiymətləndirilir və Pekin tərəfindən tənqid olunub.
Türkan İsgəndərli
tag: ABŞ,Balikatan,Tomahawk,Filippin,Todaypress.tv,
