ABŞ kəşfiyyatı açıqladı: Çin İrana gizli silah göndərəcək?

Dünya

13.05.2026 22:54

Çin şirkətləri göndərişləri gizlətmək məqsədilə üçüncü ölkələr vasitəsilə İrana gizli silah satışı məsələsini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə The New York Times (NYT) ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Rəsmilər hər hansı silahın faktiki olaraq tədarük edilib-edilmədiyindən hələlik əmin deyillər.

Qeyd edilib ki, ABŞ kəşfiyyatı daha əvvəl Çinin İrana MANPADS (daşınan zenit-raket kompleksləri) göndərməyi nəzərdən keçirmiş ola biləcəyini ehtimal edirdi.

Rəsmilər həmçinin bildirirlər ki, Çin artıq İrana kəşfiyyat, peyk dəstəyi və dronlar ilə raketlərdə istifadə olunan ikili təyinatlı texnologiyalar sahəsində yardım göstərib.

Aysel Mətləb

TodayPress TV

tag: Çin ,ABŞ ,İran,Silah,TodayPress TV,