ABŞ–İran anlaşması bir addımlıqda: Pakistan və Türkiyə prosesə dair fikir mübadiləsi apardı

ABŞ–İran anlaşması bir addımlıqda: Pakistan və Türkiyə prosesə dair fikir mübadiləsi apardı
17.06.2026 21:18 Dünya

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb və ABŞ ilə İran arasında iyunun 19-da İsveçrədə imzalanacaq anlaşma memorandumu müzakirə edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Nazirlər ABŞ və İran arasında bu yaxınlarda əldə olunmuş razılaşmaları məmnunluqla qarşılayıb və 19 iyun 2026-cı il tarixində İsveçrənin Bürgenstok şəhərində Anlaşma Memorandumunun qarşıdan gələn imzalanması barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.

Həmçinin Pakistan–Türkiyə ikitərəfli münasibətləri müzakirə edilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən G7 ("Böyük yeddilik") sammitinin yekunlarına dair çıxışında deyib ki, İranla saziş iyunun 18-19-da imzalana bilər. ""Əgər bu, 60 gün ərzində baş verməsə, heç nə olmaz, biz bombalamağa qayıdacağıq", - o bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər