ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini açıqladı

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini açıqladı
18.06.2026 02:00 Dünya

Mərkəzi bank funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FED) iyunun 16-17-də keçirilən iclasının yekunlarına əsasən, faiz dərəcəsini illik 3.5-3.75% səviyyəsində dəyişməz saxlayıb.

TodayPress TV xəbər evrir ki, bu barədə tənzimləyicinin press-relizində bildirilir.

Beləliklə, FED ardıcıl dördüncü dəfədir ki, faiz dərəcəsini dəyişdirmədən saxlayır. Bu, Cerom Pauellin FED rəhbəri vəzifəsindən getməsindən və Kevin Uorşun təyin olunmasından sonra keçirilən ilk iclasdır.

Yayımlanan press-relizdə qeyd olunub ki, Yaxın Şərqdəki münaqişə ilə qismən bağlı olan yüksək qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, iqtisadi aktivlik inamlı templərlə artmağa davam edir.

İnflyasiya 2%-lik hədəf səviyyəsi ilə müqayisədə yüksək olaraq qalır. Bu, energetika da daxil olmaqla, ayrı-ayrı sektorlarda qiymətlərin artmasına səbəb olan təklif şokunu qismən əks etdirir.

FED-in uçot dərəcəsi ilə bağlı növbəti iclası iyulun 28-29-na planlaşdırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər