ABŞ döyüş təyyarəsi Almaniya səmasında qəzaya uğradı
Almaniyanın qərbindəki ABŞ-nin Şpanqdalem bazası yaxınlığında "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb, bir nəfər xəsarət alıb
TodayPress TV xəbər verir ki, bu barədə "Bild" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bazanın ərazisindən göyə qara tüstü dumanının yüksəldiyi bildirilib.
Həmçinin "SWR" teleradio şirkətinin məlumatına görə, oradan iki təyyarə havalanıb və onların biri qəzaya uğrayıb. Pilot katapult edə bilib.
Aysel Mətləb