ABŞ-dən BMT islahatlarına böyük dəstək - milyardlarla dollar ayrıldı

Dünya

14.05.2026 21:52

ABŞ humanitar yardım və BMT sistemindəki islahatların dəstəklənməsi üçün əlavə 1,8 milyard dollar vəsait ayıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin BMT yanındakı daimi nümayəndəsi Mayk Uolts bəyanat verib.

"Bu gün Dövlət katibinin müavini Ceremi Lyuin və Baş katibin müavini Tom Fletçer ilə birlikdə humanitar maliyyələşdirmə üçün əlavə 1,8 milyard dolların ayrıldığını elan etməkdən məmnunluq duyuruq. Bu vəsaitlər bütün dünyada daha çox insanın həyatını xilas etməyə kömək edəcək, həmçinin səmərəliliyi, hesabatlılığı və uzunmüddətli təsir gücünü artırmaq üçün tətbiq etdiyimiz islahatları irəli aparacaq", - deyə Uolts bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin dekabrında tərəflər BMT-nin humanitar sisteminin islahatı üçün 2 milyard dolların ayrılmasını nəzərdə tutan tarixi memorandum imzalayıblar.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,BMT,Mayk Uolts,Yardım,TodayPress TV,