ABŞ-də atışma: Ölənlər var

ABŞ-də atışma: Ölənlər var
14.12.2025 10:11 Dünya

ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində atışma baş verib. Nəticədə iki nəfər ölüb, doqquz nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə şəhərin meri Brett Smayli məlumat verib.

Məlumata görə, ölən və yaralananların hamısı Braun Universitetinin tələbələridir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması hələlik mümkün olmayıb. Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər