ABŞ Braziliya Ali Məhkəməsinin hakimini sanksiya siyahısından çıxardı
Dünya
13.12.2025 17:00
ABŞ Braziliya Ali Məhkəməsinin hakimi Aleşandre de Moraesi sanksiya siyahısından çıxarıb. Hakim daha əvvəl Braziliyanın sabiq Prezidenti Jair Bolsonaruya qarşı məhkəmə prosesinə rəhbərlik etdiyi üçün sanksiyalara məruz qalmışdı.
TodayPress TV xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədlərinə əsasən, Aleşandre de Moraeslə yanaşı, onun həyat yoldaşı və rəhbərlik etdiyi Lex İnstitutu da sanksiya siyahısından çıxarılıb.
Məlumata görə, bu addım ABŞ Prezidenti Donald Tramp ilə Braziliya Prezidenti Luis İnasio Lula da Silva arasında həftəsonu baş tutan telefon danışığından sonra atılıb. Braziliya hökuməti Vaşinqtonun qərarını müsbət qiymətləndirib.
Xatırladaq ki, Tramp administrasiyası iyul ayında de Moraesə qarşı sanksiyalar tətbiq edərək onu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, o cümlədən Braziliyada ifadə azadlığını boğmaq və əsassız məhkəməyəqədər həbs qərarları verməkdə ittiham etmişdi.
Qiymət Mahir
tag: ABŞ,Braziliya, Aleşandre de Moraes,Sanksiya,Todaypress.tv,
