2 milyondan çox qanunsuz miqrant ABŞ-ni tərk edib

Dünya

11.12.2025 11:05

ABŞ Daxili Təhlükəsizlik Departamenti son bir il ərzində ölkəni tərk edən qanunsuz miqrantlarla bağlı yeni hesabat açıqlayıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, 2025-ci ilin yanvarından bəri 2,5 milyon sənədsiz immiqrant ABŞ-dən çıxıb.

Onların 605 min nəfəri məcburi qaydada deportasiya edilib, 1,9 milyon nəfər isə könüllü şəkildə ölkəni tərk edib.

Departament bildirir ki, prioritet ağır cinayət törətmiş və təhlükəli hesab olunan şəxslərin ölkədən çıxarılmasıdır. Bəyanatda qeyd olunur ki, “qanunsuz miqrantlar artıq mesajı eşidirlər və özləri getməsələr, onları tapıb deportasiya edəcəyik”.

Bundan əlavə, hökumət könüllü şəkildə ölkəsinə qayıtmaq istəyən miqrantlara pulsuz uçuş və 1000 dollar maliyyə yardımı təklif edən xüsusi proqramdan istifadə etməyə çağırıb.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ ,Miqrant ,ABŞ Daxili Təhlükəsizlik Departamenti ,2025-ci il,Todaypress.tv,