16 nəfərin öldüyü dəhşətli partlayışla bağlı 6 nəfər tutuldu

16 nəfərin öldüyü dəhşətli partlayışla bağlı 6 nəfər tutuldu
10.11.2026 00:15 Dünya

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda yerləşən “Habaş” dəmir-polad zavodunda 16 işçinin ölümü ilə nəticələnən ağır faciədən sonra hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilib.

TodayPress TV TRT-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı aparılan ilk araşdırmalar çərçivəsində 6 şübhəli şəxs saxlanılıb.

Menemen Baş Prokurorluğu tərəfindən verilən rəsmi bəyanatda bildirilib ki, dəhşətli partlayış saat 12:00 radələrində müəssisənin polad istehsalı sexində baş verib. Faciənin başvermə səbəblərinin araşdırılması məqsədilə dərhal cinayət işi açılıb və 4 prokurordan ibarət xüsusi istintaq qrupu yaradılıb.

Məhkəmə ekspertləri və mütəxəssislər prokurorların birbaşa nəzarəti altında zavodun istehsal sahəsində kompleks yoxlamalar həyata keçiriblər. Hadisədə səhlənkarlığı və məsuliyyəti olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində saxlanılan 6 şübhəli şəxs barəsində istintaq hərəkətləri intensiv şəkildə davam etdirilir.

TodayPress TV 

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər