12 günlük müharibənin GİZLİ AGENTİ tutuldu, edam hökmü icra olundu
İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib.
TodayPress TV İran KİV-ə istinadən xəbər verir ki, Hüseyn Pedaran İsrailə casusluq etmək və kəşfiyyat əməkdaşlığı aparmaqda təqsirli bilinib.
Ali Məhkəmənin onun barəsində çıxarılan ölüm hökmünü təsdiqləməsindən sonra Pedaran asılaraq edam edilib.
Bildirilib ki, Pedaran 12 günlük müharibə zamanı İsrailin “Mossad” kəşfiyyat xidmətinə İranın mərkəzində yerləşən İsfahan əyalətindəki həssas hərbi obyektlər barədə məlumat ötürüb.
İran məhkəmə sistemi onun casusluq fəaliyyətini maddi qazanc əldə etmək məqsədilə həyata keçirdiyini bildirib.