Zəfərin, ziyalılığın və zərifliyin ZİRVƏSİ

Zəfərin, ziyalılığın və zərifliyin ZİRVƏSİ
26.08.2025 00:00 Daxili siyasət
“Birinci vitse-prezident Mehriban Əliyeva həm dövlətçiliyə sədaqəti, həm də insani keyfiyyətləri ilə Azərbaycan cəmiyyətində özünəməxsus yer tutur. Mehriban xanım yalnız təbriklərə deyil, həm də xalqın dərin təşəkkürünə layiqdir. Çünki o, Ulu Öndər Heydər Əliyevin irsini ləyaqətlə yaşadır, Prezident İlham Əliyevin silahdaşı kimi ölkəyə fədakarlıqla xidmət edir və hər bir vətəndaş üçün ümid ünvanına çevrilib”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən bildirib.    

O vurğulayıb ki, müasir qlobal reallıqda Azərbaycan nə ərazi, nə də əhali baxımından böyük ölkə sayılır. Lakin məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində regionun və dünyanın əsas siyasi-iqtisadi güc mərkəzlərindən birinə çevrilib: 

“Qlobal ziddiyyətlərin dərinləşdiyi bir dövrdə rəqabətqabiliyyətli və güclü dövlətə çevrilmək asan məsələ deyil. Buna baxmayaraq, hətta Azərbaycan əleyhinə bütün güc və imkanlarını səfərbər etmiş beynəlxalq qüvvələr belə ölkəmizin siyasi cəhətdən müstəqil, iqtisadi baxımdan isə tam suveren olduğunu etiraf edirlər. Bu nailiyyətlərdə Prezidentin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu danılmazdır. O, yalnız Birinci xanım kimi deyil, həm də milli və beynəlxalq miqyasda müstəqil şəxsiyyət kimi tanınıb”.



Parlamentari xatırladıb ki, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti onun gənclik illərindən başlayır. O, Ulu Öndərin çətin dönəmlərində onun yanında olub, ailə və milli dəyərlərə sədaqətlə bağlı qalıb. 1995-ci ildə yaratdığı “Azərbaycan Mədəniyyətinin Dostları Fondu” və 2004-cü ildə təsis etdiyi Heydər Əliyev Fondu vasitəsilə ölkənin mədəni, humanitar və sosial həyatında dərin iz qoyub.

“Biz Mehriban xanım Əliyevaya qədər nəinki Azərbaycan tarixində, bütövlükdə regionumuzda müsəlman qadının cəmiyyətin həyatında, dövlət idarəetməsində, milli-mənəvi dəyərlərin müdafiəsində, habelə qlobal xarakterli fəaliyyətlərdə bu dərəcədə böyük rola malik olmasını müşahidə etməmişdik. Yalnız onu demək kifayətdir ki, Heydər Əliyev Fondunun yarandığı 20 il ərzində onun müstəsna təşkilatçılıq qabiliyyəti və rəhbərlik məharəti sayəsində Azərbaycanda 100 mindən çox şagirdin təhsil aldığı 500-ə yaxın məktəb binası inşa edilib, 3 mindən çox məktəb təmir olunub və ya yenidən qurulub, həmçinin 40-dək uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, səhiyyə sahəsində çoxsaylı layihələr gerçəkləşdirilib. Eyni zamanda, milli-mənəvi dəyərlərin təşviqi, muğamın beynəlxalq miqyasda tanıdılması, UNESCO və ISESCO ilə əməkdaşlıq, beynəlxalq tədbirlərin təşkili bu fəaliyyətin mühüm tərkib hissəsidir”.



Deputat bildirib ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi təyinatı onun dövlət idarəçiliyindəki rolunu daha da gücləndirib. Sosial və humanitar məsələlərin həllində o, təşəbbüskarlığı, operativliyi və səmimiyyəti ilə seçilir. İstər pandemiya dövründə, istərsə də Vətən müharibəsi zamanı arxa cəbhənin yükünü çiyinlərində daşıyan şəxs olaraq, şəhid ailələri və qazilər üçün böyük sosial layihələrə rəhbərlik edib.

Millət vəkilinin sözlərinə görə, Mehriban xanım Əliyeva həm də Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsində əvəzsiz rol oynayır. Onun rəhbərliyi ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyası və digər təşəbbüslər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfələr verib:

“Xocalı həqiqətlərinin dünyada yayılmasına, cinayətkarların beynəlxalq ifşasına yönələn tədbirlərin vahid konsepsiyası əsasında sistemli şəkildə həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu soyqırım ətrafında qurulmuş informasiya blokadası yarılıb, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, bir çox ölkələrin parlamentləri Xocalıda törədilmiş kütləvi qətllərin soyqırım aktı olduğunu təsdiq edib. Bununla yanaşı, bir sıra ölkələrin parlamentləri, eləcə də ABŞ-nin 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

İkinci Qarabağ müharibəsindən sonra fəaliyyətini daha çox şaxələndirən Mehriban Əliyeva 3000-ə yaxın şəhid üçün ailəsini əmanət etdiyi ana, 13 minə yaxın müharibə əlili üçün yaralarını saran bacı, atasını, qardaşını itirmiş minlərlə şəhid ailəsi üçün isə güman yeri olub. Belə ki, onun birbaşa göstərişi ilə rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara böyük diqqət və qayğı göstərir, müharibə əlilləri yüksək texnologiyalı protezlərlə təmin olunur, zərurət yarandıqda yaralı hərbçilərimizin xaricdə müalicəsi təşkil edilir, onların sosial durumunun yaxşılaşmasına kömək göstərilir”. 



B.Məhərrəmov diqqətə çatdırıb ki, Mehriban xanım, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərində Prezidentin əsas silahdaşıdır. O, azad olunmuş ərazilərə etdiyi çoxsaylı səfərlərlə, orada aparılan bərpa işlərinə birbaşa nəzarəti ilə bu ərazilərin yenidən canlanmasında mühüm rol oynayır. Xüsusən Şuşada mədəniyyət abidələrinin bərpası və yeni təhsil, səhiyyə müəssisələrinin inşası buna sübutdur.

Sonda deputat vurğulayıb ki, Mehriban xanım Əliyeva, həm öz ailə mühitində, həm də rəhbərlik etdiyi qurumlarda milli-mənəvi dəyərlərin təbliğinə, gənc nəslin vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verir. Onun fəaliyyəti Azərbaycan xalqı üçün nümunə, dövlət üçün isə mühüm dayaqdır:

“Çəkinmədən deyə bilərik ki, Azərbaycanda kadr və struktur islahatlar kursunun tərkib hissəsi olaraq yaradılan Birinci vitse-prezidentlik institutunun özünü doğrultması məhz Mehriban xanımın şəxsiyyəti ilə birbaşa bağlıdır. Bu gün ömrünün ən təcrübəli, ən yetkin və ən ideal xidmət dövrünə qədəm qoyarkən o, Azərbaycan mədəniyyətinin, incəsənətinin hamisi, bölgədə multikultural dəyərlərin qorunmasında müstəsna rolu olan, habelə 3 qitədə dünya mədəniyyəti və incəsənəti adına böyük işlərin memarı kimi adını tarixə əbədi olaraq yazdırmağı bacarıb”.



Qeyd edək ki, avqustun 26-sı Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Aysel Mətləb
XƏBƏR LENTİ
05 IYUN 2026
Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Bütün Xəbərlər