Fondların yaradılması üçün tələb olunan məbləğ 10 dəfə artırılır
Qeyri-hökumət təşkilatı qismində yaradılan fondların nizamnamə kapitalına dair yeni tələb müəyyənləşir.
TodayPress TV xəbər verir ki, bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, fond yaradılarkən onun nizamnamə kapitalı minimum 10 min manat olmalıdır. Təklif olunan dəyişikliyə əsasən isə bu məbləğin 100 min manata çatdırılması nəzərdə tutulur.
Beləliklə, fondların yaradılması üçün tələb olunan minimum nizamnamə kapitalı 10 dəfə artırıla bilər.