Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşdi

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşdi
23.05.2025 12:26 Daxili siyasət

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir. 

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. 

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər